AZ

ABŞ Şimali Koreyanın “kütləvi qırğın silahları proqramı”na dəstək verdiyi üçün 6 nəfərə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) tətbiq etdiyi sanksiyalarla bağlı açıqlama verib.

Açıqlamada Şimali Koreyanın “kütləvi qırğın silahları proqramı”na dəstək verdikləri üçün 6 nəfər və 2 təşkilata sanksiya tətbiq edildiyi bildirilib.

Bəyanatda sanksiyaya məruz qalanların Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərindən olduğu qeyd edilib və əlavə edilib: "Bu aktorlar vasitəsilə əldə edilən vəsaitlər Şimali Koreyanın kütləvi qırğın silahları proqramlarını dəstəkləyir",-deyə qeyd edilib.

Bu sanksiyaların Cənubi Koreya ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyi barədə məlumatı paylaşan Xəzinədarlığın Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brian E. Nelson, "Bu birgə hərəkət Şimali Koreyanın qeyri-qanuni və sabitliyi pozan fəaliyyətləri üçün gəlir əldə etmək səylərini pozmaq əzmimizi əks etdirir",-deyə bildirib.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla