AZ

“Sağlam uşaq” portalından və mobil əlavədən istifadə edib faydalanaq! 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanaraq təqdim olunan bu portal və mobil əlavə məktəbyaşlı uşaqlar, valideynlər və müəllimlər üçündür.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, bu faydalı resursda, məktəbyaşlı uşaqların sağlam böyüməsi və inkişafı ilə bağlı geniş çeşiddə maarifləndirici materiallar təqdim olunur:
• Məktəbyaşlı uşaqların sağlam böyüməsi və inkişafı üçün maarifləndirici materiallar;
• 583 məqalə, 200 maarifləndirici material, 131 videoçarx, 30-dan çox infoqrafika və uşaqlar üçün maarifləndirici oyunlar;
• Zərərli vərdişlərin mənfi təsirləri, gigiyena qaydaları, sağlam qidalanma, fiziki aktivlik, travmalar və s. mövzular geniş izah olunur;
• Xəstəliklərin əsas risk amilləri barədə ətraflı məlumat verilir;
• Fiziki və psixi sağlamlığın qorunmasına dair tövsiyələr təqdim edilir.
 
“Sağlam uşaq” portalı və mobil əlavəsi, həmçinin ailə və gənclər mərkəzləri, yerli dəstək qrupları və digər təşkilatların nümayəndələri, müxtəlif sahələr üzrə mütəxəssislər üçün də faydalı bilgilər əldə etməyə imkan verir.
Seçilən
67
27
Mənbələr
Şərh ()
Bağla