AZ

Gürcüstanda kurort zonasında qar uçqunu olub

Gürcüstanın Bakuriani kurort zonasında qar uçqunu olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb. Bildirib ki, əraziyə ətraf bölgələrdən axtarış-xilasedicilər cəlb edilib, həmçinin Tbilisidən helikopter göndərilib.
Yerli KİV-in məlumatına görə, təbii fəlakət nəticəsində 1 nəfərin həlak olduğu ehtimal edilir.

Seçilən
39
3
Mənbələr
Şərh ()
Bağla