AZ

“Crocus City Hall”da bağlı qapılar təxliyə üçün nəzərdə tutulmayıb - Emin Ağalarov

Bakı. Trend:

İnsanların "Crocus City Hall"dan təxliyəsi zamanı çəkilənvideodakı bağlı qapılar təxliyə üçün nəzərdə tutulmayıb, bu qapılarxidməti otaqlara aid olub.

Trend xəbərverir ki, bu barədə "Crocus Group"un vitse-prezidenti Emin Ağalarov"Rossiya-24" televiziya kanalına müsahibəsində bildirib.

"Bir çoxları yazır ki, yanğın çıxışları bağlı idi. Əslində,"Crocus City Hall"da kifayət sayda yanğın çıxışı var. Bağlı qapılarisə yanğın çıxışları deyildi, bunlar xidməti otaqlara aid idi,çünki səhnə arxasında çox sayda qrim otaqları, studiyalar vəanbarlar var", - o deyib.

E.Ağalarov texniki təxliyə dəhlizlərinin geriyə - foyeyəapardığını əlavə edib.

"İnsanlar foyeyə qayıtmaq istəmirdilər, çünki bilirdilər ki,orada da atəş açılır, onlar alternativ yollar axtarır və yalnızpersonalın daxil ola biləcəyi qapılara rast gəlirdilər", - odeyib.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktındaölənlərin sayı 143 nəfərə çatıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətininKrasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olannaməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupununkonsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri AleksdanrBortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus CityHall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, ocümlədən, 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütüntədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdəittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittihamolunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, ŞamsidinFariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasınayerləşdirilib.

Seçilən
124
50
Mənbələr
Şərh ()
Bağla