AZ

“Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

“PMD Projects” MMC ilə “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin (AISA) təşkilatçılığı ilə “Towards COP29” şüarı altında “Sustainable Construction Summit” adlı tədbir keçiriləcək. AISA-dan SİA-ya bildirilib ki, may ayının 15-də “Flame Towers, Fairmont Baku Hotel”də keçiriləcək tədbirdə tikinti sahəsi üzrə tənzimləyici qurumların, ölkədə fəaliyyət göstərən 150-dən çox ən qabaqcıl tikinti şirkətlərinin, tikinti sektoru üçün subpodratçıların, innovativ həllər təklif edən şirkətlərin və onların 300-dən çox nümayəndəsinin iştirakı gözlənilir.

Tədbirin təşkilat komitəsindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi fonunda təşkil olunacaq tədbirdə dayanıqlı tikinti həlləri, müasir və innovativ tikinti üsulları, tikinti təhlükəsizliyi, ağıllı tikinti sistemləri kimi mövzular üzrə müzakirələr aparılacaq.

“PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşevin dayanıqlı tikinti ilə bağlı tədbirin vizyonu istiqamətində təqdimatı ilə başlayacaq tədbirdə “Construct the Future”, “Building Smart” adlı davos tipli panellərdə müzakirələr aparılacaq.

Tədbir haqqında ətraflı məlumatı Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının www.aisa.az rəsmi veb-saytı və sosial media hesablarından əldə etmək mümkündür.

Facebook: https://www.facebook.com/profile.php?id=100091964569129

Instagram: https://www.instagram.com/aisa.org.az/

LinkedIn: https://www.linkedin.com/company/94141362/ad

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23480
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
18929
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16760
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14597
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11472
Helikopterin qalıqları tapılıb
10116
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7345
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6715
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5560
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5376
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4215
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4205
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3680
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2956
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
2558
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2188
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
1946
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1866