AZ

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

Problem ondadır ki, sərhəd çəkilməlidir; qoşunlarda güzgü hərəkəti olacaq, sərhəd qoşunları bu ayırıcı xətt üzərində dayanacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Milli Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan Tavuşdakı 7 Azərbaycan kəndindən anklav olmayan 4-nün qaytarılması haqda danışarkən deyib. “Seyran Ohanyan (sabiq müdafiə naziri, hazırda müxalifətdədir – red.) yüksək səslə Tavuş sakinlərinə hansı təhlükələrin ola biləcəyini izah etdi. Yaxşı olardı ki, Seyran Ohanyan eyni tonda izah etsin ki, biz sülhə aparan məntiqə əməl etməsək, nələr baş verə bilər: bizim olan bizimdir, onlara aid olan isə onlarındır”, - o bildirib. O, Petros Kazaryanın problemin azərbaycanlıların götürdüklərini geri qaytarmaması ilə bağlı olduğu haqda sözlərinə bu cür reaksiya verib:

“Biz də (azərbaycanlılardan – red.) çox şey götürdük, geri verməyəcəyimizi söylədik. Nə oldu? Bu, son nəticədə beynəlxalq hüquqa əsaslanmalıdır”.

phrase_var_article.chosen
31
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close