AZ

“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib

“YAŞAT”
“Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz. Səfalı, görməli yerlərdir. Bilirəm ki, hamı tələsir”. “YAŞAT” Fondundan 1news.az-a verilən məlumata görə, bu fikirləri səsləndirən müharibə əlili Hətəmov Elçin Sabir oğlu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü olaraq qatılıb, Füzuli, Qubadlı və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
“Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilən qazimiz “YAŞAT” Fondunun dəstək istiqamətlərindən yararlanıb.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

Seçilən
21
6
Mənbələr
Şərh ()
Bağla