Keçmiş milli təhlükəsizlik naziri vəfat edib - Yenilənib
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov dünyasını dəyişib.
Reyting.az “Trend”-ə istinadla xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.
Allah rəhmət eləsin!
***
Xarici İşlər Nazirliyi sabiq milli təhlükəsizlik naziri, keçmiş səfir Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib.
Reyting.az xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəfatı ilə əlaqədar, mərhum həmkarımıza Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!”.