AZ

"Futboldan ötrü darıxdığıma görə istənilən komandada təmənnasız oynamağa hazır idim."

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov minifutbol yığmasında oynamaq istəyir.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında 39 yaşlı müdafiəçi bildirib.

Minifutbol üzrə Azərbaycan çempionatında çıxış edən “İnter”in formasını geyinən Əmircanov yaşının çoxluğunun buna mane olmadığını düşünür:

“Minifutbol millisinə düşmək üçün yaşın fərqi yoxdur. Gücün varsa, istənilən vaxt təklif gözləyə bilərsən. Əsas odur ki, daim formada olasan. Azərbaycan millisinin formasını geyinmək böyük şərəf olar”.

II Liqada çıxış edən “Cəbrayıl” klubu ilə anlaşan oyunçu yenidən böyük futbola qayıtdığı üçün sevincli olduğunu bildirib:

“Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynovla minifutbolda çıxış edən “İnter”də bir yerdə oynayırıq. Ona dedim ki, özümdə futbola qayıtmaq gücünü hiss edirəm.

Futboldan ötrü darıxdığıma görə istənilən komandada təmənnasız oynamağa hazır idim. Sonra Cavid müəllim dedi ki, “Cəbrayıl”ın mənim kimi təcrübəli oyunçuya ehtiyacı var, mən də razılaşdım.

İlk oyunumda “Qusar”a (2:3) məğlub olsaq da, “Cəbrayıl”ın yaxşı kollektivi var. Yenidən böyük meydanda oynamaq gözəl hiss idi.

Bu çempionatın oyunlarına da azarkeş marağı böyükdür. Komandanın hədəfi isə I Liqaya vəsiqə qazanmaqdır”.

O, minifutbolla böyük futbol arasında fərqləri də izah edib:

“Hər adam minifutbolda baş aça bilmir. Çünki orada meydança balaca olduğu üçün tez qərar verməlisən.

Topla rəftarı zəif olan şəxs minifutbolda oynaya bilməz. Minifutbolda çıxış edənlərin çoxunun texnikası yüksəkdir.

Ancaq digər tərəfdən minifutbolda olanların da heç də hamısı böyük futbolda oynaya bilməz. Meydan böyükdür, daha çox qaçmalısan. Minifutboldan böyük futbola keçid daha çətindir”.

Ruslan Əmircanov eyni anda həm “Cəbrayıl”da, həm də “İnter”də oynamağın çətinlik törətməyəcəyini vurğulayıb: “Cəbrayıl”la “İnter”in oyunları üst-üstə düşmür. Bu baxımdan problem olmur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
38702
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24263
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19264
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14881
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14549
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11629
Helikopterin qalıqları tapılıb
11171
Abdullahianın cəsədi tapıldı - FOTO
10408
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7830
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6863
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6521
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5713
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4832
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4344
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3436
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3338
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2392