AZ

“Ümid-Babək”in rəhbəri “Azneft” İB-nin baş direktoru - TƏYİN EDİLDİ

Bu gün “Umid Babək Əməliyyat Şirkəti”nə (UBOC) uzun illər rəhbərlik etmiş Qurbanov Əli Qurban oğlu SOCAR-ın “Azneft” İstehsalat Birliyinə baş direktor təyin edilib.

"Azəriqaz"ın rəhbəri vəzifəsindən - AZAD EDİLDİ - YENİ RƏHBƏR TƏYİNATI

2019-cu ilin dekabrından “Azneft” İB-nə rəhbərlik edən Şahmar Hüseynov tutduğu vəzifədən azad edilib.

FED.az xəbər verir ki,  Şahmar Hüseynov SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri təyin edilib. 

Əli Qurbanov 1967-ci ildə Siyəzən rayonunda neftçi ailəsində doğulub. İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “neft mühəndisi” ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1991-ci ildə Azneft İB-nin “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft-qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə Özül rəisi vəzifəsində  çalışıb.

Əli Qurbanov 1998-ci ildən fəaliyyətini “bp-Azerbaijan” şirkətində müxtəlif vəzifələrdə davam etdirib. Həmçinin bir müddət bp şirkətinin Alyaskada (ABŞ) apardığı əməliyyat işlərində qazma, hasilat və mədənlərdə əməliyyat risklərinin azaldılması işlərində çalışıb. 

2011-ci ildən başlayaraq SOCAR-ın baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.

2012-ci ildən SOCAR rəhbərliyi onu “Ümid” qaz-kondensat yatağının istismarı məqsədi ilə yaradılan “SOCAR-Ümid” MMC-yə rəhbər təyin edir. 2017-ci ildə aparılan islahatlar nəticəsində “Umid Babək Əmliyyat Şirkəti” yaradılır və Əli Qurbanov bun günə qədər ona rəhbərlik edib.

Onun rəhbərliyi altında “Ümid” yatağında hasilatın artımı yönümündə bir sıra addımlar atılıb, şirkətin maliyyə təsərrüfat fəaliyyətinin effektivliyi yüksəldilib, maliyyə göstəriciləri yaxşılaşdırılıb. Ən böyük uğuru kimi isə hasilat göstəricilərinin artımında əldə edilən nailiyyətlərdir. 

2012-ci ilin sentyabrından indiyə qədər “Ümid” qaz-kondensat yatağından 9 milyard kubmetr təbii qaz və  1,4 milyon ton kondensat hasil edilib.  “Ümid” yatağı üzrə qaz hasilatı ötən il 2 milyard kubmetr səviyyəsinə qədər yüksəlib. Yaxın bir neçə ildə isə qaz hasilatının 3 milyard kubmetrə qədər artırılması planlaşdırılır. (Caspian Barrel)

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla