AZ

Putindən bu ölkələrə SƏRT MESAJ: "Məhv edəcəyik"

Rusiya Prezidenti Vladimir Putin Qərbi təhdid edib.

 

Sfera.az bildirir ki, o, hərbi pilotlarla görüşü zamanı F-16 qırıcılarından söz açıb. Putin qeyd edib ki, Qərb ölkələri Ukraynaya sözügedən silahları tədarük etsələr, bu, döyüş meydanındakı vəziyyəti dəyişməyəcək. Rusiya liderinin mesajı qısa zamanda dünya gündəminin əsas prioritetinə çevrilib.

 

O, fikirlərini bu cür ifadə edib:

 

“Əlbəttə, əgər onlar üçüncü ölkələrin hava limanlarından istifadə edilərsə, F-16-ların harada yerləşməsindən asılı olmayaraq, bizim üçün qanuni hədəfə çevriləcəklər. Bu gün tankları, zirehli texnikaları və digər hərbi texnikanı, o cümlədən çoxsaylı buraxılış sistemlərini məhv etdiyimiz kimi həmin təyyarələri də məhv edəcəyik”.

 

Günay

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla