AZ

Hind politoloq: Ermənistanla yaradılan ox Rusiyanın xoşuna gəlmir

Pakistan-Azərbaycan-Türkiyə oxuna qarşı Hindistan-Yunanıstan-Ermənistan oxu yaradılır. Bu ox Cənubi Qafqazda balanslaşdırıcı qüvvə kimi çıxış edə bilər ki, bu da Rusiyanın xoşuna gəlmir.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu hindistanlı politoloq Maheş Rancan Debata martın 28-də “Ermənistan sivilizasiyanın kəsişməsi kimi: tarixi və mədəni əlaqələr” adlı konfransda deyib.

O xatırladıb ki, Qarabağdakı müharibə və Kəşmir məsələsində Türkiyə ilə Pakistan arasında münasibətlərin yaxınlaşmasından sonra Ermənistan və Hindistan arasında silah tədarükü haqqında saziş imzalanıb.

Ekspert əlavə edib ki, Dehli və İrəvan qarşılıqlı faydalı əməkdaşlıq qurub: Hindistan silah ixracı bazarını genişləndirir, Ermənistan isə qoruyucu vasitələr alır. “Azərbaycan və Pakistan arasında Bakıya qırıcı təyyarələrin tədarükü ilə bağlı saziş Ermənistan və Hindistanın təhlükəsizlik sferasına da təsir edir”, - deyə o vurğulayıb.

Eyni zamanda, Maheş Rancan Debata Ermənistan və Hindistan arasında illik ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasının vacibliyini qeyd edib.

Politoloq Hindistanın baş naziri Modinin Ermənistana səfər edəcəyinə ümid etdiyini bildirib ki, bu da əlaqələri yeni səviyyəyə qaldıracaq.


Telegram kanalımız
Seçilən
32
28
Mənbələr
Şərh ()
Bağla