Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız növbəti təbibimiz təcrübəli cərrah Vüqar Əyyub oğlu İsmayılovdur.
O, 1967-ci ildə Qazaxıstanda anadan olub. 1987-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinə daxil olub. Mirqasımov adına Respublika klinikasında internatura keçib.
Vüqar İsmayılov Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası 2 il müddətində həkim-cərrah işləyib. 2000-ci ildən Neftçala Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərir.