AZ

Ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpə sağalma ilə evə yazılıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna ağır vəziyyətdə olan körpə çatdırılıb.
 
Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, körpəyə ətraflı müayinə zamanı yenidoğulmuşların bağırsaq çöpləri tərəfindən törədilən sepsisi, sidik yollarının neonatal infeksiyası, dəqiqləşdirilməmiş anemiya, yenidoğulmuşlarda hipoksik ensefalopatiya diaqnozları qoyulub.
 
Daxil olarkən vəziyyəti preaqonal, ümumi intoksikasiya, ürək-damar, tənəffüs çatışmazlığı ön planda olub.
 
Reanimatoloq Xalidə Mustafayeva tərəfindən aparılan planlı müayinə və müalicələrdən sonra körpənin vəziyyəti stabilləşib və Yenidoğulmuşların patologiya şöbəsinə köçürülüb.
 
Şöbədə həkim-pediatr Nigar Cəfərovanın davam edən müalicəsi, tibb bacılarının körpəyə qulluğu nəticəsində onun vəziyyəti yaxşılaşıb və sağalma ilə evə yazılıb.
 
Körpənin valideynləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bütün kollektivinə, müalicə həkimlərinə təşəkkürlərini bildiriblər.
phrase_var_article.chosen
29
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close