AZ

"Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma" mövzusunda I beynəlxalq elmi-praktiki simpozium keçiriləcək

Aprelin 20-də saat 10:00-da Bioloji Təbabət-İnteqrativ Müalicə Mərkəzinin təşkilatçılığı ilə "Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma" mövzusunda I beynəlxalq elmi-praktiki simpozium keçiriləcək.
 
Aztibb.az-ın məlumatına görə, tədbirdə xroniki xəstəliklərin müalicə və diaqnostikasında ən son elmi nailiyyətlərin müzakirəsində yaxından iştirak etmək, yeni fikir və yanaşmalarla tanış olmaq, tibbi-elmi əlaqələrini gücləndirmək istəyən həkimlər, eləcə də səhiyyə sahəsində çalışan mütəxəssislər iştirak edə bilərlər.
 
Tədbir zamanı öz sahələrinin ekspert-mütəxəssisi olan bir sıra yerli və əcnəbi məruzəçilər seminar və panellər vasitəsilə təcrübə və biliklərini bölüşəcəklər. Bundan əlavə, iştirakçılar arasında interaktiv sessiyalar keçiriləcək və təqdimatların müzakirəsi aparılacaq.
 
Ünvan: "JW Marriott Absheron" oteli, Şərq zalı
 
Qeydiyyatla bağlı 051 235 99 56 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
phrase_var_article.chosen
24
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close