AZ

Yaz avitaminozuna qarşı necə qalib gəlməli?


Yazda bədən, orqanizm tükənmiş və avitaminoz vəziyyətində olur.Bəs qısa müddətdə necə özümüzü qaydaya salaq?


“Medicina” xəbər verir ki, terapevt Oksana Drapkina qidalanmanə dəyişməyi vacibsayır:


“Rasiona gündəlik tələbat miqdarında təzə meyvə, tərəvəz, göyərti,ət, balıq, yumurta daxil edin .

Yazda adətən A, D, E, B qrup və K vitaminləri defisiti yaşanır.


A vitamini – balıq yağı, qaraciyəri, mal qaraciyəri, yumurta,kərə yağı, bibər, kök, pomidor, balqabaq, qırmızı və narıncı meyvə-tərəvəzdə bol olur.

B qrup vitaminlərinin əsas mənbəyi – daha çox heyvani qidalardır.

Eləcə də mayada, buğdada, taxıl, qoz, çərəz, ispanaq, kartof, kələm, yumurta. Balıq, ət və qaraciyərdə boldur.

D vitamini yağlı balıq, yumurta sarısı, tuns qaraciyəri, süd və süd məhsullarında, tam taxıldan çörəkdə və Günəş işığında var.

E vitramini – toxumlarda, buğdada, cəfəridə, günəbaxan tumlarında, yumurta, itbuynu, giləmeyvələr və kələm növlərində var.

Yaz gələn kimi gün ərzində təmiz maye qəbulunu artırın, yüngül idman, fiziki hərəkət, qaçış və gəzintiyə başlayın.

Eləcə də axşam 10-da artıq yuxuya getməyə çalışın.
Lazım olan minerallar isə: dəmir, sink, maqniy, kalsiumdur”.

Aygün M




phrase_var_article.chosen
24
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close