AZ

Azərbaycan Dünya kubokuna 4 gimnastla yollanır

Azərbaycanın idman gimnastları “Challenge” Dünya kubokunda iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, martın 29-31-də Antalyada keçiriləcək yarışda yığmamız 4 idmançı ilə təmsil olunacaq.

Gimnastlarımızdan Mənsum Səfərov, Murad Ağarzaev, Rəsul Əhmədzadə və Nazənin Teymurova qalib adı uğrunda mübarizə aparcaq.

Qeyd edək ki, “Challenge” seriyasının mərhələləri Antalyadan sonra Osiek (Xorvatiya), Varna (Bolqarıstan), Koper (Sloveniya) və Jombatelidə (Macarıstan) də keçiriləcək.

phrase_var_article.chosen
25
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close