Gəncə, 28 mart, AZƏRTAC
Gəncə şəhərində sağlam həyat tərzinin və idmanın təbliği məqsədilə qadınlar arasında voleybol yarışı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) bir, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Gəncə-Daşkəsən regional nümayəndəliyini iki, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzini bir komanda təmsil edib.
Voleybol yarışında ADAU-nun komandası I yerə, GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin təmsilçiləri isə II və III yerlərə sahib olublar.