AZ

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

“AzInTelecom”un

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycan layihələri Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) “WSIS-2024” müsabiqəsinin mükafatına namizəddir.

“AzInTelecom” MMC-dən AZƏRTAC-a bildirilib ki, qurum beynəlxalq WSIS müsabiqəsində ikinci mərhələyə keçərək informasiya və kommunikasiya infrastrukturu nominasiyasında yer alıb.

Növbəti mərhələ isə səsvermə prosesidir və hər kəs səsvermədə iştirak edə bilər. Səsvermədə iştirak etmək üçün: bit.ly/3VB5yEs

WSIS mükafatı İKT-nin inkişafı sahəsində ən mühüm nailiyyətlərin qiymətləndirilməsi və tanınması üçün effektli mexanizmin müəyyənləşdirilməsi məqsədilə maraqlı tərəflərin təşəbbüsü ilə yaradılan beynəlxalq müsabiqədir. İlk dəfə müsabiqə 2012-ci ildə keçirilib və peşəkarlar cəmiyyətində çox sürətlə böyük populyarlıq qazanıb. O, BMT-nin Cenevrə Fəaliyyət Planı və İnkişaf Proqramının və davamlı inkişaf məqsədləri ilə müəyyənləşdirilən WSIS-in fəaliyyəti çərçivəsində uğurlu təcrübənin üzə çıxarılması və nümayişi üçün analoqu olmayan qlobal platforma kimi çıxış edir. Əsası qoyulduğu vaxtdan müsabiqə WSIS mükafatlarına namizəd kimi 300-dən çox maraqlı tərəfləri cəlb etməyə nail olub.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla