AZ

Fransada müsəlman şagirdin hicabını zorla çıxaran məktəb direktoru İSTEFA VERDİ

Parisdə şagirdlərdən hicablarını çıxarmağı tələb edən məktəb direktoru istefa verib.

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb.

Fransalı siyasətçilər müsəlman şagirddən hicabını çıxarmasını tələb etdikdən sonra Paris məktəb direktorunun “ölümlə hədələndiyini” və buna görə istefasından narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, fevralın sonlarında direktor üç şagirddən məktəb meydançasında hicablarını çıxarmağı tələb edib. Lakin onlardan biri imtina edib və mübahisə yaranıb.

Məktəbin müəllimlərə, şagirdlərə və valideynlərə göndərdiyi məktuba görə, direktor “təhlükəsizlik səbəbi ilə” istefa verib, təhsil rəsmiləri isə onun “erkən pensiyaya çıxdığını” bildiriblər.

Məktəb direktorunun getməsi ölkədə bir sıra insidentlərdən sonra yaranan dərin gərginlik fonunda baş verib.

Xatırladaq ki, Fransa 2004-cü ildən məktəblilərə hicab, türban və ya kipa kimi “şagirdlərin dini mənsubiyyətlərini nümayiş etdirən nişanlar və ya paltarlar” taxmağı və geyməyi qadağan edib.

Xuraman Etibarlı

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla