AZ

Mayamidə yarımfinalçılar məlum oldu

Mayamidə ilin ikinci “Masters” turnirində qadınların yarışında yarımfinalçılar məlum olub. İlk yarımfinal oyununda dünya reytinqinin keçmiş lideri Viktoriya Azarenka ilə qazaxıstanlı Yelena Rıbakina qarşılaşacaq. Finala çıxmaq uğrunda digər görüşdə isə Yekaterina Aleksandrova ilə Daniella Kollinz üz-üzə gələcək.

Aleksandrova dünən keçirilən ¼ final oyununda Cessika Pequladan üstün olub. Xatrladaq ki, o, dünya reytinqinin hazırkı lideri İqa Şvyonteki də mübarizədən kənarlaşdırmışdı.

Kişilərin yarışında da ilk ¼ final oyunları baş tutub. Yannik Sinner iki setdə Tomaş Maxaçı məğlub edib. Daniil Medvedev isə Nikolas Xarridən üstün olub. İkinci setdə Medvedev çilili tennisçini tay-brekdə məğlub edib. Beləliklə də Sinner və Medvedev yarımfinalda üz-üzə gələcəklər. Xatırladaq ki, keçən ilin finalında məhz bu iki tennisçi oynamışdı.

Digər yarımfinalçılar bu gün keçiriləcək iki oyundan sonra bilinəcək. İlk olaraq korta Zverevlə Maroşan çıxacaq. Sonrakı oyunda isə Alkarasla Dimitrov qarşılaşacaq.

phrase_var_article.chosen
0
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close