AZ

Millimiz yoxlama oyununda “Qalatasaray”a qalib gəlib

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə qızlardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyunlarını keçirib.

Futbolinfo.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi yığmalar keçirdikləri 8 qarşılaşmanın yalnız birində məğlub olublar.

Yüksək liqa təmsilçisi “Qalatasaray”ın U-16 komandasını (65:54) məğlub edən kollektiv “Emlak Konut”a (54:66) yenilib. U-16 “Besaş”a (82:56), “Bursa Uludağ”a (69:57) qalib gəlib.

U-18 millisi “Besaş” (72:61), “Bursa Uludağ” (84:70) və “İstanbul Allstar” (75:74) klublarındakı həmyaşıdlarını üstələyib.

U-14 isə “Darruşafaka”ya şans verməyib – 78:48.

Qeyd edək ki, komandalar ümumilikdə təlim-məşq toplanışında keçirilmiş yoxlama matçlarında 14 qələbə və 1 məğlubiyyət əldə ediblər.

Seçilən
59
5
Mənbələr
Şərh ()
Bağla