AZ

“Fənərbaxça” prezidenti klub üçün 3 variantı açıqladı


“Fənərbaxça” klubunun prezidenti Ali Koç aprelin 2-də keçiriləcək növbədənkənar konqresdə 3 variantı gündəmə gətirəcəklərini bildirib.
Yeniavaz.com
“NTV Spor”a istinadla xəbər verir ki, o bu barədə jurnalistlərlə söhbətində qeyd edib.
Ali Koç bütün sponsor şirkətlərlə görüşdüklərini və klubun gələcək strategiyası ilə bağlı razılıq əldə etdiklərini bildirib.
“Biz anormallıqları normallaşdırdığımız üçün bu günə qədər gəlmişik. Aprelin 2-də konqres üzvlərimizlə bütün imkanları müzakirə edəcəyik. Qarşımızda üç variant var: pis, daha pis və ən pis”, - Ali Koç deyib.
O, konqresdə müzakirə ediləcək variantları isə belə sıralayıb:
1. Aşağı liqaya düşmək.
2. Futbol fəaliyyətini bir müddət dayandırmaq.
3. Xaricdə bir komanda almaq.
Variantların konqresdə dəqiqləşdiriləcəyini bildirən Ali Koç, “Hansını indi edəcəyimizi dəqiq deyə bilmərəm, amma heç bir şey olmamış kimi davranmayacağımıza da zəmanət verirəm”, - deyib.
Seçilən
5
Mənbələr
Şərh ()
Bağla