AZ

Zaxarova: Ermənistan Qərbin alətinə çevrilir

Bütün dünyanın gözü qarşısında Ermənistan kollektiv Qərbin erməni xalqının köklü maraqları ilə tamamilə zidd olan təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında bildirib.

O, aprelin 5-də Brüsseldə keçiriləcək yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşünü şərh edib.

M.Zaxarovanın sözlərinə görə, bu cür hadisələr Rusiyada narahatlıq yaradır, çünki ABŞ və Aİ nümayəndələri birbaşa açıq şəkildə deyirlər ki, onların əsas diqqəti Rusiya əleyhinədir.

Onun fikrincə, belə görüşlər region ölkələrində narahatlıq doğurur, çünki bu görüşlər Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbi özünün son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha da tanıtmaq, region ölkələrini anti-Rusiya gündəminə riayət etməyə məcbur etmək, onların Moskva ilə çoxəsrlik əlaqələrini pozmaq, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini zəiflətmək məqsədi daşıyır. 

“Rəsmi İrəvanın söhbətin nədən getdiyini başa düşmədiyini iddia etməsi böyük sualdır. Axı Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin erməni xalqının köklü maraqları ilə tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir”, - deyə XİN sözçüsü yazıb.

Xatırladaq ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə yüksək səviyyəli görüş planlaşdırılır. Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, məqsəd Ermənistanın Avropa İttifaqı və ABŞ ilə qarşılıqlı əlaqələrini dərinləşdirməkdir.


Telegram kanalımız
Seçilən
132
24
Mənbələr
Şərh ()
Bağla