AZ

“Özümü öldürmək istəyirdim” -Rişarlison

Brazilya millisinin üzvü Rişarlison özünü öldürmək istədiyini bildirib.

Redaktor.az xəbər verir ki, o, buna səbəb kimi ölkəsinin yığmasının 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/4 finalında mübarizəni dayandırmasını göstərib.

Futbolçu “ESPN Brasil”ə açıqlamasında bu barədə danışıb: “Dünya çempionatında zirvədə olanda oynayırdım. Daha sonra depressiyaya düşdüm. Sadəcə ölümü düşünür, özümü öldürmək istəyirdim”.

Qeyd edək ki, futbolçu mundialdan sonra psixoloqa getdiyini təsdiq etmişdi. 

Seçilən
22
1
Mənbələr
Şərh ()
Bağla