AZ

“Məqsəd Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır”

ABŞ-nin əsas məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaq və regionda dominant mövqe yaratmaq cəhdini davam etdirməkdir.

KONKRET.az xəbər verir ki, bunu “Report”a ABŞ-dən olan jurnalist, təhlükəsizlik məsələləri üzrə analitik, hüquqşünas İrina Zukerman aprelin 5-i Brüsseldə baş tutacaq Avropa İttifaqı – Ermənistan – ABŞ müştərək konfransının keçirilmə səbəbini və doğuracağı nəticələri şərh edərkən deyib.

O, Avropa İttifaqının mövcud konfransda iştirak səbəbinə gəlincə isə bildirib ki, Aİ-nin bəzi ölkələri Ermənistanın Azərbaycanın ona hücum etmə ehtimalı ilə bağlı səsləndirdiyi iddialara inanır və bunun tərəfindədir: “Lakin Ermənistanın iddialarından kənar fikirlərini təsdiqləmək üçün əlində heç bir dəlil yoxdur”.

İ.Zukerman Rusiya-Ermənistan münasibətlərinə də toxunaraq rəsmi Kremlin Cənubi Qafqazda yeni cəbhənin olduğunu iddia edərək vəziyyəti öz xeyrinə çevirməyə çalışdığını söyləyib:

“Rusiya 19-cu əsrdən etibarən Ermənistandan öz hərbi bazası kimi istifadə edir. Rusiyanın Ermənistanı iqtisadi, siyasi və hərbi cəhətdən idarə etməsi, onu müxtəlif hərbi uğursuzluğa sövq etməsi, Qərb ölkələrinə qarşı manipulyasiya etməsi və indi İrəvanın açıq mesajlarına baxmayaraq, onun mövqeyini qəbul etməkdən imtinasını müzakirə etmək əbəsdir. Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu öz qərarıdır və Sovet İttifaqı dağılandan bəri buranı tərk etməkdən imtina edib”.

Ekspert hesab edir ki, nəzəri olaraq Aİ-Ermənistan-ABŞ konfransının Ermənistana irəliləyiş üçün inam verməkdən və onları Rusiya və ya İran kimi üçüncü tərəflərin müdaxiləsindən qorumaqdan başqa sülh danışıqlarına heç bir təsiri olmamalıdır:

“Lakin nəzəriyyədən çıxdıqda burada iki məsələ var. Bir tərəfdən təhlükəsizlik zəmanəti Ermənistanı Azərbaycana qarşı təbliğat hücumlarını dayandırmağa sövq edə bilər. Amma digər tərəfdən, ola bilər ki, Ermənistan daxilindəki bəzi qruplaşmalar yeni təhlükəsizlik zəmanətindən Bakıya qarşı təzyiq göstərmək məqsədilə sui-istifadə etsinlər və imzalanacaq sazişi Azərbaycana qarşı silaha çevirməyə çalışsınlar. Bu səbəbdən Azərbaycanın Aİ və ABŞ ilə dialoqa girməsi, Ermənistanın yalançı iddialarını rədd etməsi və bu ölkələrlə təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində öz yolunu tapması vacibdir”.

Seçilən
223
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16745
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14079
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10269
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9112
Faiq Sadıqov
8641
Səidə Sultan klipi üçün lüt soyundu
8391
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5874
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5857
Gənc aparıcı vəfat etdi - FOTO
5655
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5395
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5360
10 yaşlı uşağın faciəvi ölümü
5182
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4847
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4671
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4130
Ruslan Müşfiqabadlının anası vəfat edib
3560
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3319
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3173
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
2908