AZ

Moskvadakı terror Türkmənistan vətəndaşlarına da təsir etdi

Moskva vilayətinin Domodedovo şəhərində Türkmənistandan olan 12 miqrant saxlanılıb.

KONKRET.az xəbər verir ki, onların hamısı miqrasiya xidmətinin şəhər şöbəsindədir.

Türkmənistan vətəndaşları Ağ Sütunlar rayonundakı bazarlardan birinin anbarında işləyirdilər və “Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra polisin basqın etdiyi yataqxanada yaşayırdılar. Miqrantlar Rusiyada qeyri-qanuni olublar – vizalarının müddəti iki ay, bəziləri isə bir il əvvəl bitib.

Hazırda saxlanılan iki nəfərin adı məlumdur: Yeldaş və Batır Torayevlər. Yaxınları ehtiyat edir ki, terror aktından sonra miqrantlar gözlənilməz vəziyyətə düşə bilərlər. Belə ki, əksər hallarda Rusiya təhlükəsizlik qüvvələri öz səlahiyyətlərindən sui-istifadə edir. Qanunu pozanları cərimə və vətənlərinə deportasiya gözləyir.

Bu arada, Türkmənistanın özündə də Moskva vilayətində törədilən terror aktından sonra hüquq-mühafizə orqanları məscidə gələn müsəlmanları, eləcə də saqqallı kişiləri və hicablı qadınları müəyyən etmək üçün reydləri bərpa edib. Daxili İşlər Nazirliyinin əməkdaşları insanların radikal islam hərəkatları ilə əlaqəsi olub-olmadığını araşdırır.

Regional hüquq-mühafizə orqanlarından birindəki mənbənin bildirdiyinə görə, yaxın vaxtlarda dindarların  fərdi evlərinə və mənzillərə baxış keçiriləcək.

Bundan əlavə, respublikanın miqrasiya xidməti Türkmənistan vətəndaşlarının Rusiya Federasiyasına getməsini yenidən məhdudlaşdırmağa başlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

phrase_var_article.chosen
35
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close