AZ

Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI 

""Crocus City Hall"da bağlı olan qapılar təxliyə üçün deyil, işçilər üçün idi nəzərdə tutulmuşdu. Konsert zalında terrorçulardan qaçmaq istəyən insanlar təxliyə üçün deyil, işçilər üçün nəzərdə tutulmuş bağlı qapılara rast gəliblər". 

Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bunu “Crocus Group”un sahibi, azərbaycanlı iş adamı Araz Ağalarovun oğlu, Xalq artisti Emin Ağalarov deyib. 

O, qəza çıxışlarının normal qaydada işlədiyini vurğulayıb. 

“Zalda tüstü buraxma sistemi mütləq şəkildə işləyirdi. Kadrlarda görürük ki, yanğın artıq baş verəndə zal dumanda deyildi, yəni görmə qabiliyyəti qorunurdu. Damda nəhəng blok var”, - deyə Ağalarov əlavə edib. 

Onun sözlərinə görə, yanan konsert zalının taleyi ilə bağlı hələlik qərar yoxdur. 

Bizim.Media
 

Seçilən
76
50
Mənbələr
Şərh ()
Bağla