AZ

Zaxarova: “Ermənistan Qərbin planları üçün alətdir”

“Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Vaşinqtonda, Brüsseldə və İrəvanda aprelin 5-də keçiriləcək yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşü çaşqınlıq yaradır.

“Bu cür hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza deyirlər ki, onların əsas diqqəti Rusiyanın zəiflədilməsinə yönəlib. Açıq mətnlə belə deyirlər. Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur. Çünki onların məqsədi heç də Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi yox, Cənubi Qafqazda yeni bölücülük xətləri yaratmaqdır. Bu məqsədə bölgədə anti-Rusiya gündəmi yaratmaq, Moskva ilə çoxəsrlik əlaqələri məhv etmək, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmləri zəiflətmək daxildir”, – deyə Zaxarova yazıb.

Natiq Səlim,

KONKRET.az

phrase_var_article.chosen
79
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close