AZ

Bu şirkət 3,4 milyonluq tenderin - QALİBİ SEÇİLDİ

Culfa Rayon Mərkəzi Xəstəxanası tibbi avadanlıqların satın alınması ilə bağlı 2 tenderə yekun vurub.

FED.az xəbər verir ki, hər 2 tenderin qalibi “Jba Group” MMC  şirkəti olub.

Qalib şirkətlə toplamda  3 475 100 manat dəyərində müqavilələr imzalanıb.

Daha detallı aşağıdaki cədvəldə :

Satınalma predmeti

Qalib şirkət

Məbləğ

Tibbi avadanlıq MRT (Maqnit Rezonans Tomoqrafiya Cihazı)

“Jba Group” MMC 

2 281 235

Tibbi avadanlıqlar KT (Kompyuter Tomoqrafiya Cihazi)

“Jba Group” MMC 

1 193 865

 

Qeyd edək ki, “Jba Group” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəxtiyar Əsədov Ağali oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə, ev 112A, m. 76 ünvanında yerləşir.

phrase_var_article.chosen
115
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close