AZ

Sərvətini qohumlarına yox, tibb bacısına VƏSİYYƏT ETDİ - 5 milyonluq QALMAQAL + FOTO

İtaliyanın Trento əyalətinin Rovereto şəhərindən olan bir aristokrat 5 milyon avroluq sərvətini tibb bacısına vəsiyyət edərək, on qardaşı oğlunu mirassız qoyub. 


Sfera.az xəbər verir ki, bu barədə "L'Adige" yazıb.

 

Zadəgan nəsildən olan Mariya Mafatti ötən ilin noyabrında 80 yaşında dünyasını dəyişib. Mafatti evli olmayıb, varisi də yox imiş. Qadın bütün əmlakını, o cümlədən mənzillərini, tarixi malikanəsini və bank hesablarındakı pulları ona baxan tibb bacısına vəsiyyət edib.

 

Vəsiyyətnamə açıqlandıqdan sonra qadının yaxınları vəkillə əlaqə saxlayıb və prokurorluğa şikayət ediblər. Onların sözlərinə görə, tibb bacısı Mafattinin aciz vəziyyətindən istifadə edib və vəsiyyəti öz xeyrinə dəyişib. İstintaq zamanı prokurorluq mirası dondurub.

 

İnci

 

Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla