AZ

Türkiyə universitetlərində 1 tələbəyə düşən kitabların orta SAYI

Türkiyədə universitetlərdə bir tələbəyə düşən kitabların orta sayı 6,98-dir.

 

AzEdu.az xəbər verir ki, bu barədə "Ali Təhsil Şurası 2023 Universitet Monitorinq və Qiymətləndirmə Ümumi Hesabatı"nda qeyd olunub.

 

Bir tələbəyə 10 və daha çox kitab düşən universitetlərin sayı 33, bir tələbəyə 20-dən çox kitab düşən universitetlərin sayı isə 8-dir. 4 universitetdə isə bir tələbəyə bir kitab belə düşmür.

 

Universitetlərin 89-da bir tələbəyə düşən kitabların sayı 1-4 arasındadır.

 

208 universitetdən 93-də bir tələbəyə düşən kitabların sayı 4-dən də azdır. Bu, universitetlərin təxminən yarısıdır.

 

Qeyd edək ki, Türkiyədə 129 dövlət və 75 fond universiteti var. Bundan başqa, fondlara məxsus 4 ali peşə məktəbi də var.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla