AZ

Dövlət qulluğu üzrə sertifikatların verilməsinə başlanılıb

18 fevral 2024-cü il tarixində dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından (B növü) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

 

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 18 fevral 2024-cü il tarixində dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanaraq sertifikat əldə etmək üçün müraciət etmiş və müraciətinə DİM tərəfindən razılıq verilmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində (ilk iş günü istisna olmaqla) əldə edə bilərlər.

 
Seçilən
78
Mənbələr
Şərh ()
Bağla