AZ

ÜST İsraildən Qəzzanı atəşə tutmağı dayandırmağı tələb edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, Qəzza zolağı İsrail ordusunun davamlı atəşə tutması səbəbindən aclıqla üzləşib.

Müvafiq yazı Qebreyesusun X sosial şəbəkəsindəki səhifəsində yer alıb.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Fələstin anklavına ərzaq və dərman çatdırılmasına icazə verməyə, həmçinin xəstəxanaları qorumağa çağırıb.

Qebreyesus İsraildən Qəzzada atəşi dayandırmağı və oraya humanitar yardımların tam şəkildə çatdırılmasını tələb edib.

Mənbə: Haber Global

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla