AZ

Kamran onun yaradıcılıq gecəsində şeir deyəcək

Şairə, bəstəkar Xanım İsmayılqızının “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsi baş tutacaq. 4 iyun saat 19.00-da Heydər Əliyev Sarayında baş tutacaq gecədə “Unut məni”, “Ağla”, “Sən nə biləsən”, “Ayrılıq beləmi olur”, “Qəm qalası”, “İndi sənsiz”, “Onun xəstəsiyəm”, “Sən Qalibsən” kimi sevilən mahnılarım Azərbaycan estradasının ulduzları Faiq Ağayev, Röya, Nazpəri Dostəliyeva, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Teyyub Aslanov, Mətanət İsgəndərli, Fərqanə Qasımova, Abbas Bağırov, Lalə Məmmədova, Rəşad İlyasov, Bəyimxanım Vəliyeva, Cahangir Qurbanov, Elnarə Xəlilova, Elnur Hüseynov, Dilarə Kazımova, Çinarə Məlikzadə, Zabitə Alıyeva, Samir Piriyev, Pərviz Abdullayev, Ayşən Mehdiyeva, Səidə Sultan, Ayan Babakişiyeva, Ağabala Sadıqzadə, Rasim Səfər, Orxan Bağırovun ifalarında səslənəcək.

Qiraətçilər Kamran Ağabalayev və Kamal Yaşar sizi şeir dünyama aparacaqlar.

Gecəni Nərgiz Əliyevanın rəhbərliyi ilə Royal String Orchestra müşayiət edəcək. Gecənin aparıcılığı Leyla Quliyevaya, rejissorluğu Nail Naiboğluna həvalə olunub.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
3
minval.info

4Mənbələr