AZ

1 milyon pulunu mağazada unutdu

1 milyon pulunu mağazada unutdu

Rusiyanın Tomsk şəhərinin yaşlı sakini mağazada bir milyon rubldan çox pul unudub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Sovetski məhəlləsində baş verib. İçərisində 1,4 milyon rubl (təxminən 25 min 900 manat) olan çanta müştərilər tərəfindən tapılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları pul sahibinin kimliyini tez bir zamanda müəyyənləşdiriblər. Məlum olub ki, 65 yaşlı qadın bu məbləği hesabından çıxarıb və tort üçün mağazaya gedib. Nəticədə paket müəssisədə qalıb.

Polis pulu təqaüdçüyə qaytarıb. Qadın pulu tapan yerli sakinə və Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkür edib.

Seçilən
241
11
sonxeber.az

10Mənbələr