AZ

“Atletiko” və “Borussiya” da Çempionlar Liqasının 1/4 finalında!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, son iki qarşılaşmadan biri Almaniyada, digəri isə İspaniyada keçirilib.

Dortmund “Borussiya”sı doğma meydanda Niderland nəhənglərindən olan PSV ilə üz-üzə gəlib. Niderlandda keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə isə Almaniya təmsilçisi inamlı qələbə qazanmaqla növbəti mərhələyə yüksəlib.

Madrid “Atletiko”su isə İtaliya nəhəngi “İnter”lə üz-üzə gəlib. İlk oyunda Milan təmsilçisi 1:0 hesabıyla qalib gəlmişdi. Cavab qarşılaşmasında da hesabı məhz italyanlar açıblar. Amma “İnter” bu üstünlüyü sonadək qoruya bilməyib. Hər hissənin sonunda bir qol vuran “Atletiko” matçı əlavə vaxta daşıyıb. Əlavə vaxtda isə hesab dəyişməz qalıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Madrid klubu 1/4 finala yüksəlib.

Xatırladaq ki, daha əvvəl “Mançester Siti” (İngiltərə), “Real” (İspaniya), PSJ (Fransa), “Bayern” (Almaniya), “Barselona” (İspaniya) və “Arsenal” (İngiltərə) da UEFA Çempionlar Liqasının 1/4 finalına vəsiqə əldə etmişdilər.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
13 mart

“Atletiko” (İspaniya) – “İnter” (İtaliya) 2:1 (penaltilər 3:2)
Qollar: Qrizmann, 35. Depay, 87 – Dimarko, 33.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid. “Metropolitano” stadionu.
İlk oyun – 0:1.

“Borussiya” (Almaniya) – PSV (Niderland) 2:0
Qollar: C.Sanço, 3. M.Roys, 90+5.
Baş hakim: Daniele Orsato (İtaliya).
Dortmund. “Siqnal İduna Park” stadionu.
İlk oyun – 1:1.

Seçilən
1374
50
Mənbələr
Şərh ()
Bağla