AZ

Bakıda yeniyetmə yol qəzasında ağır xəsarət alıb

Bakının Nizami rayonunda 15 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2009-cu il təvəllüdlü Musalı Zilan Ruslan qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Seçilən
1229
27
Mənbələr
Şərh ()
Bağla