“Bavariya” Alfonso Deyvisin dəyərini bəlirləyib.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu “Real”ın yaxından maraqlandığı kanadalı cinah müdafiəçisi üçün 70 milyon avro tələb edir.
Xatırladaq ki, Deyvisin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayında bitir.
23 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 27 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.