AZ

Korotçenko: Xocalıda dəhşətli soyqırımını törədənlər cavab verəcəklər

Xocalıda dəhşətli soyqırım aktını törədən hərbi cinayətkarlar qanun qarşısında cavab verəcəklər.

525.az “Report”a istinadən xəbərinə görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

Politoloq qeyd edib ki, erməni hərbi cinayətkarlarının cəzalandırılması ilə bağlı ədalətli tələbləri bölüşür.

“Xocalıya ədalət, ilk növbədə, o zamankı Ermənistanın dəhşətli siyasətinin nəticəsi olan günahsız mülki qurbanların xatirəsinə ehtiramdır”, - İ.Korotçenko vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası məsələsində ədalət ikinci Qarabağ müharibəsinin nəticələri, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri sayəsində zəfər çalıb: “Bu gün ölkə səmərəli şəkildə inkişaf edir. müharibənin yaraları sağalır, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün genişmiqyaslı proqram qəbul edilib”.






















Bizi İnstagramda izləyin

Seçilən
226
50
525.az

10Mənbələr