AZ

İki polis rəisi işdən çıxarıldı, yeni təyinatlar oldu

Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. 

Müvafiq əmrlə Oğuz Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Vüqar Əliyev rotasiya qaydasında vəzifədən azad edilərək, İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

İsmayıllı rayon Polis Şöbəsinin rəisi polkovnik Şəmşir Kazımov isə tutduğu vəzifədən azad edilərək, Göygöl rayon Polis Şöbəsinə rəis təyin edilib.

 

Seçilən
64
21
hit.az

10Mənbələr