AZ

Bakı təhsilində yeni dövr

Dünən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Nərminə Hüseynovaya həvalə edilib.

 

Modern.az təhsil sahəsində ciddi araşdırmalar edən, məqalə və xəbərlər hazırlayan informasiya resursudur. Ona görə bu kadr təyinatı bizi də yaxından maraqlandırır.

 

Nəzərə alsaq ki, Bakı təhsillə bağlı ən vacib coğrafiyadır, buna görə də paytaxtda orta təhsilə kimin rəhbərlik edəcəyi ciddi maraq doğurur.

 

Araşdırmalar zamanı məlum oldu ki, Nərminə Hüseynova təhsil cameəsinə yad şəxs deyil. O, 2016-cı ildən bu yana təhsil sektorunda çalışır. Təhsil sahəsində həm nəzəri bilikləri, həm də praktiki bacarıqları var. Beynəlxalq qiymətləndirmələr, ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və məzmun islahatlarında ciddi təcrübəyə malikdir.

 

Cəmiyyətdə baş verən son hadisələr bir daha göstərdi ki, məktəblərə, xüsusilə Bakıda yerləşən orta təhsil müəssisələrinə daha yaxşı nəzarət mexanizmi formalaşdırmaq lazımdır.

 

Ümid edirik ki, yeni müdirin bilik və bacarıqları, eləcə də idarəetmə sahəsində təcrübəsi bu tapşırıqların öhdəsindən gələ biləcəyini göstərir.

Seçilən
73
modern.az

1Mənbələr