AZ

Media sektorunda kənar şəxslər də var idi

“Qarabağ”nın srağagünkü oyununda media sektorunda qarışıqlıq var idi.

Belə ki, orda akkreditasiyası olmayan şəxslər də əyləşmişdi. Bundan başqa, oyundan öncə xəbər vermişdik ki, “Braqa” azarkeşləri üçün 100 bilet sifariş verib. Lakin qonaqları Bakıda cəmi 64 azarkeş dəstəklədi.Daha ətraflı məlumat almaq üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik:

“Bəli, portuqaliyalı azarkeşlər üçün 100 bilet istəsələr də, 64 nəfər gəlmişdi. Sırf oyuna olan maraqdan media sektorunda qarışıqlıqlar yarandı. Lakin problem yerindəcə həll olundu. Belə oyunlarda media üçün akkreditasiya elan edirik. Sektor yalnız akkreditasiyası olan jurnalistlər üçün nəzərdə tutulur. Qarışıqlıq nəticəsində bir-iki kənar şəxs orda əyləşsə də, mühafizə xidmətinin dəstəyi ilə qısa müddətdə uzaqlaşdırıldı”.

GÜNAY SÜLEYMANOVA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
football-plus.az

1Mənbələr