AZ

"Qələbə mütləq olacaq, çünki işıq həmişə zülmətə qalib gəlir!" - Sırski

 
"Rusiya işğalçılrı bütün istiqamətlərdən Ukraynaya doğru irəliləyəndə, minlərlə raket və bombalar torpağımıza yağdırılanda dünyada heç kim bizim tab gətirəcəyimizə inanmayıb..."
 
"Biz Ukrayna uğrunda canlarından keçənləri heç vaxt unutmayacaq, onların qisasını alacağıq..."
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin ikinci ildönümü ilə əlaqədar olaraq müraciətlə çıxış edib.
 
Moderator.az xəbər verib ki, bu barədə "ukr.net" nəşri məlumat yayıb.
 
Öz müraciətində Aleksandr Sırski vurğulayıb ki, bu iki il onillik müharibəni ikinci dünya savaşı dönəmindən Avropada ən miqyaslı müharibəyə çevirib.
 
"Rusiya içğalçılarının çoxsaylı kolonu bütün istiqamətlərdən Ukraynaya doğru irəliləyəndə, minlərlə raket və bombalar torpağımıza yağdırılanda dünyada heç kim bizim tab gətirəcəyimizə inanmayıb.
 
Buna yalnız Ukraynanın Müdafiə Qüvvələri inanıb və ilk dəqiqələrdən düşmənlə döyüşə girib", - Sırski müharibənin ilk günlərini təsvir edib.
 
O, vurğulayıb ki, müharibənin ilk saatlarından hərbi komissarlıqlarının qarşısında növbəyə düzülən könüllülər, həmçinin ilk günlərdən Ərazi Müdafiə Qüvvələrinə yazılan minlərlə ukraynalı qələbəyə inanıb.
 
O, həmçinin "öz ordusuna tarixdə misli görünməmiş dəstək verən" milyonlarla könüllülərin rolunu qeyd edib.
 
"Heç kim inanmayıb, amma Ukrayna inanıb! İnanıb, döyüşə girib və tab gətirib. Biz silah ilə təxliyə arasında silahı seçmişik. Sonra Kiyev uğrunda döyüş olub və yeni müdafiəçilərimizin zərbələri altında işğalçılar paytaxt ətrafından qaçıb. 
 
Daha sonra İlan adasının azad edilməsi və Qara dənizin Rusiyanın metallomundan təmizlənməsi baş verib. Sonra Xarkov hücum əməliyyatı və Xersonun azad edilməsi baş tutub",  Sırski Ukrayna müdafiəçilərinin uğurlarını sadalayıb.
 
Bu zaman o, Ukraynanın əkshücum cəhdini xatırladıb və obyektiv səbəblərdən arzu olunan nəticənin əldə edilmədiyini qeyd edib.
 
Baş Komansan qeyd edib ki, bu gün USQ Ukraynanın  hər bir şəhəri və ya kəndinin növbəti Buça, Baxmut və ya Avdeyevka olmaması üçün azadlıq uğrunda döyüşməkdə davam edir.
 
"Biz çox böyük bədəl ödəyirik. Ukrayna xalqının ən yaxşı oğul və qızları həlak olur. Biz Ukrayna uğrunda ən qiymətli olan həyatlarını qurban verənlərin qarşısında baş əyirik. Biz onları heç vaxt unutmayacaq və onların qisasını alacağıq!" - Sırski bəyan edib.
 
Baş Komandan Qələbəni yaxınlaşdırmağa kömək edən Ukraynanın bütün müdafiəçi kişi və qadınlarına, tibb işçilərinə, xilasedicilərə, könüllülərə minnətdarlıq edib.
 
"Bu gün mən həmçinin tərəfdaşlarımıza yardım üçün minnətdarlıq etmək istəyirəm. Hər bir mərmi, hər bir tank, hər bir zirehli maşın ilk növbədə Ukrayna əsgərinin həyatının qorunmasıdır. Biz torpağımızın hər qarışı uğrunda döyüşürük, amma ən qiymətlisi Ukrayna döyüşçüsünün həyatıdır", - Sırski deyib.
 
O, həmçinin Ukraynanın yaxın zamanlarda işğalçıya havada da cavab verə biləcəyinə inamını ifadə edib.
 
"Yanan Rusiya təyyarələrinin sayı daha da çox olacaq. Dövlət bunun üçün bütün mümkün olanları edir", - Baş Komandan əmin edib.
 
"Sonda ən vacib nəsnə haqqında. Bu gün bizim həmişəkindən daha çox birliyə ehtiyacımız var. Əminəm ki, qələbəmiz birliyimizdədir. Qələbə mütləq olacaq. Çünki işıq həmişə zülmətə qalib gəlir! Ukraynaya eşq olsun! Qəhrəmanlara eşq olsun!" - Sırski müraciətini bu sözlərlə bitirib.
 
Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin ikinci ildönümü
 
Bu gün bunun şərəfinə USQ Baş Qərargahı işğalçıları böyük itkilərə məruz qoyub.
 
Rusiyanın  məhv edilən texnikasına dəyəri 300 milyon dollar olan A-50 təyyarəsi də əlavə olunub. Təyyarə fevralın 23-də Azov dənizi üzərində vurulub.
 
Bu gün hərbi müdaxilənin ildönümü ilə bağlı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen Kiyevə gəlib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
moderator.az

1Mənbələr