AZ

“Neftçi” “Turan Tovuz”la oyunda qələbəni əldən verib

“Neftçi”

Bakı, 24 fevral, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Neftçi” səfərdə “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda oynanılan görüşdə qalib müəyyənləşməyib – 1:1.

Hesabı 72-ci dəqiqədə paytaxt klubu açıb. Yeqor Boqomolski komandasını önə keçirib. Meydan sahiblərinin bərabərlik qoluna isə 88-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Neftçi” 2-cü pillədəki mövqeyini qoruyub. 31 xalı olan “Turan Tovuz” isə 5-ci sıraya yüksəlib.

Günün ikinci oyunu “ASCO Arena”da “Səbail” və “Sabah” komandaları arasında olacaq. Görüş saat 17:30-da başlayacaq.

Qeyd edək ki, ötən gün keçirilmiş açılış matçında “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. Tura fevralın 25-də keçiriləcək “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
36
azertag.az

10Mənbələr