Bakı, 23 fevral, AZƏRTAC
"Braqa"ya qarşı matçda emosional hisslər yaşadıq. Bu oyunun sonda xeyrimizə yekunlaşması bizi çox sevindirir".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Yassin Benzia UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Bakıda Portuqaliyanın "Braqa" klubuna qarşı oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Otuz yaşlı yarımmüdafiəçi növbəti mərhələdə qarşılaşacaqları istənilən rəqiblə oyunlara hazır olduqlarını bildirib: "İndi püşkatmanın nəticəsini gözləyirik. Avropa Liqasının bu 1/8 final mərhələsində zəif rəqib yoxdur. Hansısa komandanın adını çəkəsi olsam, İngiltərə "Liverpul"unu qeyd edə bilərəm. Bu kollektiv mənim xoşuma gəlir".
Qeyd edək ki, səfərdəki ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" iki görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə əldə edib.