AZ

Dövlət qurumunun xalis zərəri artıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci ili 2 milyon 317 min manat xalis zərərlə başa vurub.

Oxu.Az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 13,2 dəfə çoxdur.

2022-ci ildə DİM-in əməliyyat gəlirləri 21 milyon 242 min manat (2021-ci ilə nisbətən 23,7% çox), işçi heyəti üzrə xərcləri 15 milyon 98 min manat (43,7% çox), amortizasiya xərcləri 3 milyon 76 min manat (50,4% çox), material xərcləri 2 milyon 599 min manat (3,3% az), təmir və texniki qulluq xərcləri 547 min manat (21,6% çox), icarə xərcləri 411 min manat (48,1% az), mühafizə xərcləri 264 min manat (17% az), sığorta xərcləri 201 min manat (1% az), digər əməliyyat xərcləri 1 milyon 502 min manat (27,8% az), maliyyə gəlirləri 12 min manat (7,6 dəfə çox), maliyyə xərcləri 15 min manat (3 dəfə az), digər gəlirləri 1 milyon 526 min manat (26,4% az), mənfəət vergisi ödəmələri isə 503 min manat (2,5 dəfə çox) təşkil edib.

2023-cü il yanvarın 1-nə DİM-in aktivləri 38 milyon 332 min manat olub ki, bu da illik müqayisədə 0,7% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 46,6% artaraq 3 milyon 134 min manata, balans kapitalı isə 2% azalaraq 35 milyon 198 min manata çatıb.

DİM ölkə Prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

DOĞRU.AZ

Seçilən
59
9
Mənbələr
Şərh ()
Bağla