AZ

ChatGPT istifadəçiləri yarım gündən çox nasazlızla üzləşiblər

Amerikanın OpenAI şirkətinin ChatGPT intellektual chatbotunun istifadəçiləri neyron şəbəkədə fevralın 20-21-də baş vermiş qəribə nasazlığa diqqət çəkiblər.

Tech Xplore portalı Agence France-Presse (AFP) xəbər agentliyinin məlumatlarına istinadən xəbər verir ki, ChatGPT 16 saat ərzində mənasız ifadələr və natamam cümlələrlə sorğulara cavab verib.

Problemlə qarşılaşanların fikrincə, chatbot mövcud olmayan sözlər yaradıb, təsadüfi olaraq müxtəlif dillərə keçib, daim özünü düzəldib, eyni ifadələrdə ilişib qalıb və ümumiyyətlə, özünü “kabusların ələ keçirib” kimi davranıb.

Bəzi hallarda neyron şəbəkənin cavabları avanqard şairlərin əsərlərinə bənzəyib.

Mənbə: Gazeta.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
dogru.az

1Mənbələr