AZ

"Bayden Fələstinə maliyyə yardımı göstərmək istəyir" - ABŞ nəşri

Prezident Co Bayden administrasiyası Fələstinə maliyyə yardımı göstərmək istəyir."AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-nin “Wall Street Journal” nəşri məlumat yayıb.Məlumata görə, Fələstin rəsmiləri maaşların ödənilməsi və əsas dövlət xidmətlərinin göstərilməsi üçün lazım olan vəsaitlərin çox tezliklə, bəlkə də bu ayın sonuna doğru tükənə biləcəyi barədə xəbərdarlıq ediblər.Qeyd olunur ki, bu, ABŞ-nin İsrail-Həmas müharibəsi bitdikdən sonra Fələstin Administrasiyasının Qəzzanı idarə edə biləcəyinə dair ümidlərini potensial olaraq təhlükə altına qoyur.Nəşr qeyd edir ki, ABŞ administrasiyası həmçinin müttəfiqlərini Fələstinə daha çox maliyyə yardımı göstərməyə çağırıb.


"AzPolitika.info"

Seçilən
233
45
azpolitika.info

10Mənbələr