İsrail fələstinlilərlə daimi nizamlanma ilə bağlı beynəlxalq diktələri qəti şəkildə rədd edir.Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu X sosial platformasındakı paylaşımında yazıb."İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşı çıxmağa davam edəcək. 7 oktyabr qırğınından sonra belə bir tanınma terrorizmə böyük mükafat verəcək və gələcək sülh sazişinin qarşısını alacaq. Sülh sazişi yalnız ilkin şərt olmadan birbaşa danışıqlar nəticəsində əldə oluna bilər", - o bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta